"Çoxdan hazıram, meydana çıxıb qol vurmaq istəyirəm"

29 İyul 2020 19:45 Sabah 986
"Çoxdan hazıram, meydana çıxıb qol vurmaq istəyirəm"

Sportinfo.az “Sabah”ın fransalı hücumçusu Kevin Kubembanın müsahibəsni təqdim edir:

– Son mövsümü sizin üçün uğursuz saymaq olar. İndi özünüzü necə hiss edirsiz?
– Düzdür, son mövsüm mənim üçün uğursuz oldu. Həqiqətən pis bir il adlandıra bilərik. Lakin hər şey yaxşı olacaq. Özümü getdikcə daha yaxşı hiss edirəm.

– Növbəti mövsüm üçün hazırsan?
– Növbəti mövsüm üçün çoxdan hazıram. Meydana çıxıb qol vurmaq istəyirəm.

– “Səbail”dəki çıxışınızı davam etdirə biləcəksiz?
– Özümü daha yaxşı vəziyyətə gətirmək üçün çalışıram. “Səbail”dəkindən daha yaxşı olmaq fikrindəyəm. Ümid edirəm ki, ciddi zədədən uzaq və yaxşı bir mövsüm məni gözləyir.

– “Sabah” artıq yeni məşqçi ilə çalışmalara başlayıb. Sizcə, komandanın ikinci əcnəbi məşqçisi uğurlu olacaq?
– Mən ona inanıram. Düşünürəm ki, o Azərbaycanda uğur qazana biləcək.

– Təlim-məşq toplanışı necə gedir? Pandemiyaya görə yaranmış problemləri hiss edirsiz?
– Uzun müddət məşqsiz qaldıq. Açığı, mənim üçün bu müddət daha uzun idi. İndi hazırlıq normal şəkildə davam edir (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti