"Ramil Şeydayevlə danışıqlar davam edir"

29 İyul 2020 14:08 Sabah 1 490
"Ramil Şeydayevlə danışıqlar davam edir"

Bu ilin əvvəlində Moskva «Dinamo»sundan «Sabah»a gələn Ramil Şeydayevin müqaviləsi başa çatıb.

Millinin hücumçusu komandanın hazıırda Qəbələdə davam edən təlim-məşq toplanışında yer alııb.

Fəqət o, hələ də Masazır təmsilçisi ilə yeni kontrakt imzalamayıb. Böyük ehtimalla, səbəb onun yenidən ölkə xaricinə yollanmaq fikrinə düşməsidir. Görəsən, bu qeyri-müəyyənlik nə qədər davam edəcək?

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bu barədə Sportinfo.az-a deyib: «Ramil Şeydayevlə danışıqlar davam edir. Razılıq əldə olunan kimi bu barədə açıqlama verəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti