"Sabah"ın müdafiəçisi Ruslan Abışov «neftçi»nin yarımmüdafiəçisi Emin Mahmudovla stolüstü tennisdə gücünü sınayıb.
Sportinfo.az xəbər verir ki, duel birincinin qələbəsiylə başa çatıb.
Ruslan «Neftçi»nin kapitanına qalib gəlincə, özünü bir anlıq Kriştianu Ronaldo kimi hiss edib. O, «Yuventus»un ulduzunun məşhur qol sevincini təkrarlayıb.

