"Sabah" 2 yeni transferini ictimaiyyətə açıqladı - FOTO

4 İyun 2020 15:04 Sabah 1 019
"Sabah" 2 yeni transferini ictimaiyyətə açıqladı - FOTO

“Sabah” iki yeni transfer həyata keçirib.

Sportinfo.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qəbələ”nin gənc futbolçuları İdris İnqilablı və Samir Məhərrəmli ilə müqavilə bağlanıb.

2001-ci il təvəllüdlü İdrislə 4, 2002-ci il təvəllüdlü Samirlə isə 3 illik müqavilə imzalanıb. Hər iki futbolçu Azərbaycan U-21 millisinin üzvüdür.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçular “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Müqavilələr 2019/20-ci il mövsümünün ardından qüvvəyə minəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti