Azərbaycanda qazandığı 1 aylıq pulu fonda keçirdi, ondan yazdılar

26 May 2020 21:00 Sabah 530
Azərbaycanda qazandığı 1 aylıq pulu fonda keçirdi, ondan yazdılar

“Sabah”ın qapıçısı Saşa Stamenkoviçin Azərbaycandakı xeyirxah addımı ölkəsi Serbiya mətbuatında da işıqlandırılıb.

Sportinfo.az xəbər verir ki, serblər tanınmış idman şərhçisi Gündüz Abbaszadənin bu gün sosial şəbəkə hesabında Stamenkoviç haqda yazdığı statusa istinadla xəbər hazırlayıb.

G.Abbaszadə statusunda Stamenkoviçin koronavirusa yoluxan jurnalist Anar Cəfərsoya yardım etmək üçün ondan nömrəsini soruşduğunu, eyni zamanda serb qolkiperin bir aylıq maaşını koronavirusla mübarizə fonduna keçirdiyini qeyd edib.

“HotSport” saytı 35 yaşlı qolkiperlə əlaqə saxlayaraq fikirlərini öyrənib: “Bu, edə biləcəyim ən az şeydir. Yeddi ildir buradayam. İstər Serbiya olsun, istər Qazaxıstan və ya Azərbaycan, həmişə kömək etməyə hazıram. Çox şadam ki, dünyanın dörd bir yanına yayılan virusla mübarizədə kiməsə kömək etdim”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"