"Sabah"ın qapıçısı virusa yoluxan jurnalistə dəyər verdi

26 May 14:22 Sabah 168
"Sabah"ın qapıçısı virusa yoluxan jurnalistə dəyər verdi

«Sabah»ın qapıçısı Saşa Stamenkoviç xeyirxah iş görüb.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış telejurnalist Gündüz Abbaszadə məlumat yayıb:

«Saşa serbiyalı olsa da, Azərbaycanı özünə hər zaman doğma bilib. Hər fürsətdə dilə gətirir. Elə əməldə də sübut edir. İsrarla heç kim bilməsin desə də, yazıram.

Saşa mənə zəng edərək, həmkarımız, koronavirusa görə müalicə alan Anar Cəfərsoyun nömrəsini istədi. Anarla danışıb, kefini soruşub. Lazım gələrsə, yardım edəcəyinə də əminəm.

Maddi yardım önəmli deyil. Çünki dövlətimiz bütün xərcləri qarşılayır. Anarın və anasının, həmçinin digər xəstələrin tezliklə sağalması üçün lazım olan hər şey yüksək səviyyədə edilir.

Vurğulamaq istədiyim bir legioner futbolçunun bizə göstərdiyi diqqətdir. Bilirəm ki, bəzi futbolçularımız da Anarla maraqlanıb, kömək edib. Stamenkoviçin bu addımını isə bilərəkdən qabartdım.

Kaş dedim... Sağ ol, böyük ürəkli insan! Anara və anamıza isə Allahdan şəfa diləyirəm».

Xəbər Lenti
10 İyul 20:30 Özil üçün 2 variant
10 İyul 19:02 Çox da şey eləməyin!