"Seydiyev məhz belə futbolçudu" - Jelko Sopiç

21 May 2020 16:42 Sabah 985
"Seydiyev məhz belə futbolçudu" - Jelko Sopiç

"Onu çox gözəl tanıyıram. Azərbaycanın ən istedadlı gənc futbolçularından biridi. Bu səbəbdən onu komandamda görmək istədim".

Sportinfp.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Sabah"ın baş məşqçisi Jelko Sopiç "Qəbələ"nin müdafiəçisi Amin Seydiyevin transferi barədə danışarkən deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, 22 yaşlı oyunçu həm sürətli, həm də aqressivdi: "Amin müdafiənin istənilən yerində oynaya bilər. "Sabah"a keçdiyi üçün xoşbəxtəm".

Sopiçin sözlərinə görə, Seydiyevin gəlişindən sonra komandası daha keyfiyyətli oyun göstərə biləcək: "Hücum futbolu oynadığımızdan bizə cinahda rəqibi keçə bilən, dəqiq ötürmələr edən oyunçu lazım idi. Seydiyev də məhz belə futbolçudu. O həm müdafiə, həm də hücum xəttimizi gücləndirəcək".

46 yaşlı mütəxəssis sonda bu transferi həyata keçirən klub rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Amin Seydiyev "Sabah"la 3 illik müqavilə bağlayıb. O, yeni komandasına cari mövsüm başa çatdıqdan sonra qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada