"Daha böyük işlərimiz qarşıdadır" - Vasili Berezutski

14 Dekabr 2024 19:10 Sabah 1 687
"Daha böyük işlərimiz qarşıdadır" - Vasili Berezutski

"Sabah" Premyer Liqanın 17-ci turunda səfərdə lider "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Nəticə daha çox heç-heçəyə oxşayırdı. Biz künc zərbəsindən qol vurduq. Bu, ruh yüksəkliyi üçün çox vacib qələbə idi.

- "Sabah"a gəldikdən sonra nəyi dəyişmisiz ki, qələbələri sıralayırsız?

- Hələ ki, biz işə yanaşmanı dəyişmişik. Məşqlərdə intensivliyi artırmışıq. Daha böyük işlərimiz qarşıdadır.

- Murad Musayev "Sabah"ı ziyarət etdi. Maraqlıdır, daha çox "Sabah"ı, yoxsa Rusiya futbolunu müzakirə etdiniz?

- Biz daha çox "Sabah"ı və "Krasnodar"ı müzakirə etdik. Məşq proseslərindən, Azərbaycanda və Rusiyada futbolçuların işə yanaşmasından danışdıq.

- Qış hazırlıq planı necədir?

- Biz Azərbaycanda qalacağıq. Yanvarın 4-də toplaşacağıq. Niderlandda işləmişəm, orada da hazırlıq dönəmi qısa vaxt olurdu. İki həftə hazırlaşacağıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA