"Sabah"ın legioneri: "Kitab oxuyuram, film izləyirəm, şouya baxıram"

22 Aprel 2020 21:40 Sabah 458
"Sabah"ın legioneri: "Kitab oxuyuram, film izləyirəm, şouya baxıram"

“Evdə məşq edirəm, kitab oxuyuram, film izləyirəm. Televiziyalar şoular göstərir, onlara baxıram. Qohumlarımla danışıram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında “Sabah”ın legioneri Yevgeni Koçuk deyib.

Moldovalı yarımmüdafiəçi u cür vəziyyəti ağlına gətirmədiyini bildirib: “Əvvəlcədən belə olacağını düşünmürdüm. Bu səbəbdən futbol üçün çox darıxıram.

Həmişə 10-12 günlük təril olurdu və qısa müddət futbolsuz qalırdıq. İndi uzun müddət futbolsuz və hətta məşq də etmək olmur, çox qeyri-adi haldır. Köhnə günlərə qayıtmaq istərdim.

Komanda olaraq onlayn məşqlər keçirik, üstəgəl, təlimçilər əlavə bir proqram veriblər. Mən gündəlik olaraq velosipedlə məşq edirəm. Əlbəttə ki, 100 faiz hazır olmayacam.

Amma hamı eyni vəziyyətdə stadionlara qayıdacaq. Sadəcə məşq prosesinə çıxmaq üçün mümkün qədər hazır vəziyyətə gəlməyə çalışıram”.

Koçuk ilk matçın hamı üçün çox çətin keçəcəyini düşündüyünü də açıqlayıb: “Düşünürəm ki, ilk oyun hamı üçün çətin, ondan sonrakılar çox asan olacaq”.

Yarımmüdafiəçi evdə keçmiş oyunlarını izlədiyini də sözlərinə əlavə edib: “Səhv etdiyimi başa düşmək və qarşıdakı matçlarda onları təkrarlamamaq üçün oyunlarımı nəzərdən keçirdim.

Demək olar ki, hər şeyə baxdım, bəzən 1-2 il ərzində görünə biləcək oyunları izlədim. Düşüncəm etdiklərimi müqayisəyə qoymaqdır. Yaxşı oyunlar və uğursuz oyunları müqayisə edib səbəbləri araşdırıram”.

Futbolçu Moldovada vəziyyətin Azərbaycanla oxşar olduğunu da deyib.

Digər Xəbərlər
Xəbər Lenti