Afrikalı legioner: “Bakıda evimin yanındakı zalda tək məşq edə bilirəm”

2 Aprel 2020 12:16 Sabah 964
Afrikalı legioner: “Bakıda evimin yanındakı zalda tək məşq edə bilirəm”

“Mən 28-29 fevraldan Bakıda evdən bayıra çıxmıram.

Çox uzun müddət olub, ancaq virusa görə bunu etməliydik. Mövsümün nə vaxt başlayacağından əmin deyilik”.

Sportinfo.az xəbər verir ki, bunu CAR-ın “The Citizen” nəşrinin saytına müsahibəsində “Səbail”in legioneri Hendrik Eksteyn deyib.

29 yaşlı cənubi afrikalı yarımmüdafiəçi Bakıda fiziki formasını necə qoruduğuna aydınlıq gətirib:

“Fiziki formamızı saxlamağa və məşqlərimizə gəlincə, bizim hər birimizə klubdan məşq proqramı verilib. Formanı qoruyub saxlamaq üçün bu, çox vacibdir.

Bəxtimdən, qaldığım yerdə trenajor zalı var. Həmin zalın sahibi olan oğlan bəzən mənim üçün oranı açır. Orada tək məşq edə bilirəm. Ancaq çox vaxt mən evdə məşq edirəm. Çünki ev daha təhlükəsizdir”.

Hendrik Eksteyn yanvarda “Sabah” klubunu “Səbail”ə dəyişməsində Maykl Esyenin böyük rolu olduğunu bildirib: “Hər oyunçunun arzusu özünün sevimli futbolçusu ilə yanaşı oynamaqdır.

Esyen məndə “Səbail”də ona qoşulmağın yaxşı fikir olduğu qənaətinə gəlməyimin səbəbkarıdır. Onunla yaxşı oynamağın bir şərəf olacağını düşündüm.

Esyen böyük klublarda oynayıb və çoxlu əsas titullar qazanıb. Onunla bir komandada olmaq mənim məşqimə davam etməyim və heyətə düşməyim üçün bir motivasiyadır.

Esyen həmişə mənimlə söhbət edir və mənə harda çatışmazlığımın olduğunu söyləyir. Onun kimi oyunçudan məsləhət almaq fəxrdir və məni xoşbəxt edir”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?