"Qapımız qarşısında "avtobus" yox, "qatar" saxlamışdıq"

2 Mart 15:24 Sabah 284
"Qapımız qarşısında "avtobus" yox, "qatar" saxlamışdıq"
.

Stamenkoviç: “Bizim komandada 20 nəfər Ramil var”

Sportinfo.az "Sabah"ın qapıçısı Saşa Stamenkoviçin müsahibəsini təqdim edir

- Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə "Qarabağ"dan 1 xal almağı bacardınız. Oyunla bağlı nə deyə bilərsiniz?

- Çox maraqlı oyun alındı. Həm Jelko Sopiç, həm də Qurban Qurbanov öz baş məşqçilik bacarıqlarını nümayiş etdirdilər.

- Demək olarmı ki, "Sabah" məhz sizin etibarlı çıxışınız sayəsində uduzmadı?

- Xeyr. Tək mən yox, bütün komanda yaxşı oynadı. Öz çıxışıma gəlincə, şəxsən mən təəccüblənmədim. Çünki 1 xalı hamımız qazandıq. Ümumiyyətlə, son 4 matçda komandamız əsl xarakter nümayiş etdirir.

- Meydana 1 xal üçün çıxdığınız ilk dəqiqələrdən görünürdü. Bütün komanda ilə müdafiəyə çəkilmişdiniz...

- Yox, səfərə 1 xal üçün yollanmamışdıq. Sadəcə, "Qarabağ"ın imkan verdiyi qədər oynadıq. Bizim də qol epizodlarımız oldu, lakin yararlana bilmədik. Qapımız qarşısında "avtobus" yox, "qatar" saxlamışdıq (gülür). Səhərə qədər oynasaq belə, qol buraxmayacaqdıq. Məgər, Joze Mourinyo Çempionlar Liqasını həmin "avtobus", "qatar"la qazanmayıb? Deməli, düzgün taktikadır.

- Matçın sonlarına doğru "Qarabağ" azarkeşləri əleyhinizə xoşagəlməz şüarlar səsləndirirdilər. Bu amil sizə mənfi təsir etmirdi?

- Karyeram ərzində heç vaxt fanatlarla problem yaşamamışam. Mən öz beynimdə elə düşünürdüm ki, onlar "Saşa super" - deyə qışqırırlar. Bu isə ağılın gücüdür.

- "Qarabağ"ın son dəqiqələrdə vurduğu qol qeydə alınmadı. Qarşı tərəf iddia edir ki, hakim yanlış qərar qəbul etdi. Siz necə düşünürsünüz?

- Bunu müzakirə etməyəcəyəm. Sadəcə, onu deyim ki, qola qədərki epizodda qapıdan zərbə olmalı idi. Bunu hətta havada təyyarədən də görmək olardı. Həmin səhvdən sonra vurulan qolun qaydalar çərçivəsində olub-olmaması kimə maraqlıdır? Ofsayd qərarını mən vermədim. Laynsmanın fikri idi. Bizim kimi, hakimlər də səhv edə bilərlər. Son dəqiqələrdə penaltidən qapımıza vurulan qoldan sonra kiminsə bu barədə bizə sual verdiyini eşitməmişəm. Onu normal qarşılayırlarsa, burada da heç bir problem olmamalıdır. Qol sayıldı-sayılmadı, fərqi yoxdur. "Qarabağ"ı təbrik edirəm. Onlar doğru yoldadırlar. Təəssüf ki, sevimli "Neftçi"m uzun müddətdir - 2015-ci ildə mənim komandadan gedişimdən sonra çempion ola bilmir.

- Qarşınıza Avropa Liqasına düşmək hədəfi qoyulub. Jelko Sopiçlə buna nail olmaq mümkündür?

- Belə bir baş məşqçi ilə nəinki Avropa Liqasına düşmək, hətta çempionluq da mümkündür. Oyundan-oyuna daha yaxşı çıxış edib, xallar qazanmalıyıq.

- Sopiçin baş məşqçi kimi əsas özəlliyi nədir?

- Keyfiyyətli baş məşqçidir, enerjilidir. Sopiçi baş məşqçi kimi tanımırdım. Amma Mourinyo kimi, o da mənim üçün "Special one" ("Xüsusi biri") sayılır.

- Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Sabah"a keçidi barədə nə deyə bilərsiniz?

- Bizim komandada 20 nəfər Ramil var. Başa düşmürəm, siz hansını soruşursunuz? "Sabah"da bütün futbolçular eynidir (Report)

Xəbər Lenti