Şeydayev rəsmən mövsümün sonunadək "Sabah"da!

17 Fevral 2020 20:03 Sabah 1 123
Şeydayev rəsmən mövsümün sonunadək "Sabah"da!

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin karyerasını yenidən ölkəmizdə davam etdirəcəyi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu "Sabah" klubu ilə müqavilə imzalayıb.

Anlaşmaya əsasən, Şeydayev mövsümün sonuna qədər Bakı təmsilçisinin uğurları üçün çalışacaq. O, yeni komandasında 99 nömrəli formada çıxış edəcək.

Ramil futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. Daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.

Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil, əsas millimizdə keçirdiyi 26 oyunda 4 qola imza atıb.

Şeydayevin "Sabah"la danışıqlar aparması haqda ilk xəbəri Sportinfo.az-ın yaydığını xatırladaq. Fevralın 7-də verdiyimiz xəbərdə bu transfer görüşməsindən bəhs etmişdik (https://www.sportinfo.az/idman_xeberleri/neftci/77500.html).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"