"Şadam, amma ona görə yox ki, qalib gəldik"

19 Yanvar 2020 23:40 Sabah 1 295
"Şadam, amma ona görə yox ki, qalib gəldik"

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanın “Kaysar” klubuna qarşı keçirdikləri yoxlama oyunu barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:

“Bu gün sərgilədiyimiz oyuna görə şadam. Ona görə yox ki, qalib gəldik. Yoxlama oyunlarında nəticə vacib deyil. Əsas odu ki, bu gün yaxşı oyun sərgilədik.

Rəqibə fərqlənmək üçün çox az şans verdik. Oyundan-oyuna inkişaf edirik. Ancaq qarşıdakı oyunlarda əldə etdiyimiz şanslardan daha yaxşı yararlanmalıyıq. İlk hissədə bir neçə real qol fürsətini boşa verdik. Rəqib isə əlinə düşən azsaylı fürsətlərin birindən yararlandı.

Ümumi götürsək, oyunumuzdan razı qaldım. Gənc futbolçularımızın bu cür oyunlarında təcrübə qazanması da sevindirici məqamdı”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”