"Sabah"dan isti-isti - VİDEO

14 Yanvar 00:00 Sabah 145
"Sabah"dan isti-isti - VİDEO

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” mövsümün qalan hissəsinə hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda bu gün iki məşq keçib.

Əvvəlcə səhər saatlarında fitnes zalında məşq edən futbolçular, daha sonra yaşıl meydanda toplu və fiziki təmrinləri yerinə yetiriblər.

Axşam saatlarında komandanın daha bir məşqi baş tutub. Günün son məşqində əsasən, taktiki təmrinlər yerinə yetirilib.

Yanvarın 8-dən Antalyada təlim-məşq toplanışında olan “Sabah”, hazırlıq çərçivəsində növbəti yoxlama oyunu Rumıniyanın “Akademika” (Klinçeni) klubuna qarşı keçirəcək.

Görüş yanvarın 15-də baş tutacaq. Komanda toplanış çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Macarıstanın “Pakş” (0:2) klubu ilə üz-üzə gəlib.

Xəbər Lenti
23 Yanvar 22:20 Elxanın “krışa”sı
23 Yanvar 21:10 "Məni məyus edən…"
23 Yanvar 15:35 Davam edir "Sumqayıt"...
23 Yanvar 14:32 "Sabah"da toplantı - FOTO
23 Yanvar 14:12 Milli qələbə - VİDEO
23 Yanvar 13:19 100 ilə az qalmışdı
22 Yanvar 18:00 Platiniyə vəzifə verildi
22 Yanvar 17:01 Şeydayev "Bursaspor"da?