Ekşteyn "Sabah"dan gedişinin əsl səbəbini Sportinfo-ya açıqladı

12 Yanvar 2020 20:00 Sabah 1 754
Ekşteyn "Sabah"dan gedişinin əsl səbəbini Sportinfo-ya açıqladı

Qış fasiləsində "Sabah"dan ayrılan Hendrik Ekşteyn gedişinin əsl səbəbini açıqlayıb.

Sportinfo.az-a danışan cənubi afrikalı yarımmüdafiəçi ölkəmizə uyğunlaşa bilmədiyi üçün bu addımı atdığını bildirib. "Pule" ləqəbli futbolçu çempionatımızın səviyyəsinin aşağı olmasının da qərarına təsir etdiyini vurğulayıb:

"Sabah"dan ayrılmağım daha çox şəxsi məsələlərlə bağlıdır. Dil problemi, həyat tərzi və oyun üslubu bu qərarı verməyimə səbəb oldu. Bir sözlə, nə ölkəyə, nə də futboluna uyğunlaşa bildim. Yeni gələn baş məşqçi ilə heç bir problemim yox idi. Bayaq da dediyim kimi, sizin futbol mənim oyun tərzimə uyğun gəlmədi. Digər tərəfdən, Premyer Liqanızın səviyyəsi də aşağıdır".

Cənubi afrikalı forvard yaya qədər klubsuz qala bilər: "Özümü daha güclü çempionatlarda sınamaq istəyirəm. Hələlik isə dincəlirəm. Ümumiyyətlə, bu mövsüm heç bir klubda oynamaq istəmirəm. Yaya kimi istirahət etməyi düşünürəm. Bu, fiziki yorğunluqla bağlı deyil".

Cari mövsümün əvvəlində ölkəsinin "Kayzer Çifs" klubundan "Sabah"a transfer olunan Ekşteyn Masazır təmsilçisi ilə 2 illik müqavilə bağlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti