“Səbail“ pulun yox vaxtında Antalyaya ikiqat xərclə getdi

12 Yanvar 2020 17:43 Sabah 2 152
“Səbail“ pulun yox vaxtında Antalyaya ikiqat xərclə getdi

Premyer Liqanın digət təmsilçiləri kimi, "Səbail" də Türkiyəyə yola düşüb.

Aftandil Hacıyevin başçılıq etdiyi komanda artıq Antalyadakı “Miracle Resort Hotel”də məskunlaşıb. "Səbail" qardaş ölkəyə ən gec və sonuncu yollanan klubumuzdur.

Sportinfo.az-ın məlumatına görə, bunun xüsusi səbəbi var. Belə ki, “Səbail“ rəsmiləri həmkarlarından fərqli olaraq, təşkilatçılıq məsələlərini vaxtında həll etməyib.

Ramin Həsənov Aftandil Hacıyevin baş məşqçi postundan istefa verməsini, həmçinin legionerlərin və yüksəködənişli yerli futbolçuların komandadan gedəcəyini proqnozlaşdırdığından, səfərlə bağlı tədarük görməyib.

İcraçı direktorun gümanları özünü doğrultmadığından, “dənizçilər“ bu gün Antalyaya birbaşa reyslə uça bilməyib.

Komanda öncə İstanbula, oradan isə məşhur məkana istiqamət alıb. Belədə səfər xərcləri ikiqat artıb. Təkcə bir biletə görə 800 manata yaxın ödəniş etmək lazım gəlib.

Digər Xəbərlər
Xəbər Lenti