"Sabah"ın idman direktoru: "Onlar oynamalıdı ki…"

12 Yanvar 2020 16:53 Sabah 956
"Sabah"ın idman direktoru: "Onlar oynamalıdı ki…"

"Yoldaşlıq oyunu olmasına rəğmən, mübarizə və tempi yuxarı olan bir qarşılaşma izlədik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın idman direktoru Emin Abbasov deyib.

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” dünən ilk yoxlama görüşündə qüvvəsini sınayıb. Təmsilçimiz Macarıstandan “Pakş”ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Abbasov məğlubiyyətə rəğmən, komandadan razı qaldıqlarını bildirib: "Yüklənmə dövrü üçün komandamız yaxşı təsir bağışladı.

Son 20-25 dəqiqəni meydanda gənc futbolçu limitinə uyğun 7 oyunçu ilə keçirdik ki, onlardan qapıçı və mərkəz müdafiəçisinin 17 yaşı var. Hər iki qolu gənclər meydana çıxandan sonra buraxdıq. Amma bu, normal haldır.

Gənclər oynamalıdılar ki, artırsınlar. Antalyaya 21 yaşdan aşağı 10 futbolçuyla gəlmişik. Onlardan 4-ü "Sabah"ın U-19, 3-ü isə əvəzedici komandamızın üzvüdür.

Onu da qeyd edim ki, 3-ü start heyətində olmaqla, həmin 10 futbolçunun hamısı dünən oyunda iştirak elədi".

Digər Xəbərlər
Xəbər Lenti