Jelko Sopiç: "Mən elə məşqçilərdən deyiləm"

12 Yanvar 2020 11:34 Sabah 931
Jelko Sopiç: "Mən elə məşqçilərdən deyiləm"

Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” dünən toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib. Masazır təmsilçisi Macarıstanın “Pakş” komandası ilə qarşılaşıb (0:2).

Sportinfo.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Jelko Sopiç klubun saytına oyunla bağlı fikirlərini bildirib:

"İlk 60 dəqiqədə sərgilədiyimiz oyundan məmnun qaldım. Meydanda rəqibdən daha yaxşı təsir bağışlayırdıq. Bir neçə qol fürsəti qazandıq, lakin şanslardan istifadə edə bilmədik. Toplanış çərçivəsində ilk yoxlama matçımız olduğunu nəzərə alaraq, sərgilədiyimiz oyunun gələcək üçün ümid verdiyini deyə bilərəm".

"Pakş" ilə matç "Sabah"ın bir neçə gənc futbolçusunun əsas komandada ilk oyunlarını keçirmələri ilə də əlamətdar oldu. U-19 komandasının üzvləri – Neymət Musayev, Ceyhun Nuriyev, Abdulla Xaybulayev və Rüstəm Samiqqulin əsas komandada debüt etdilər. Sopiç həmçinin gənc futbolçuların çıxışı barədə də danışıb:

"Bu oyunda bir neçə gənc futbolçunun əsas komandanın heyətində meydana çıxması sevindirici haldı. “Pakş” ilə oyunda çempionatdakı gənc futbolçu limitinə uyğun 8 futbolçuya şans verdik. Həmçinin bizim gənc qolkiperin, Rüstəm Samiqqulinin əsas komandada ilk oyununu keçirməsi də sevindiricidi. Onun cəmi 16 yaşı var.

Gənc futbolçularla Macarıstanın yüksək liqa təmsilçisinə qarşı oynamağın çətin olacağını bilirdim. Lakin onlar məşqlərdə özlərini yaxşı göstərmişdilər və şans qazanmağa layiq idilər. Mən gənclərə bir-iki dəqiqə şans verən məşqçilərdən deyiləm. Fikrimcə, onlar klubun gələcəyidilər və daha çox oynamalıdılar.

Əlbəttə, 8 gənc futbolçu ilə oynayanda nəticə qazanmaq çətin olur. Ancaq bu, hazırlıq mərhələsidi və hər bir futbolçu özünü göstərmək üçün şans qazanmalıdı. Gənc futbolçularımıza görə sevinirəm və ilk 60 dəqiqədə sərgilədiyimiz oyuna əsasən, gələcək üçün nikbinəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı