Baş məşqçi "Sabah" haqda - "Yaxşı komandaya qarşı oynadıq"

12 Yanvar 2020 11:20 Sabah 544
Baş məşqçi "Sabah" haqda -

"Biz yaxşı təşkilatlanmış, ciddi müqavimət göstərən, heyətində bir neçə yüksək keyfiyyətli futbolçusu olan komandaya qarşı oynadıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Macarıstanın "Pakş" komandasının baş məşqçisi Qabor Osztermayer dünən Antalyada "Sabah"la keçirdikləri yoxlama oyununndan sonra klubun rəsmi saytına açıqlamasında deyib. O, nəticədən razı qaldığını bildirib:

"Liqadakı son matçda olduğu kimi, bu görüşdə də diqqətli idik. Müdafiədə yaxşı oynadıq. Ona görə də rəqib təhlükəli ola bilmədi. Daha üç qol vura bilərdik. Mən ikinci hissədə sərgilədiyimiz hücum futbolundan razı qaldım. Nəticədən razıyam".

Qeyd edək ki, "Sabah" dünənki matçda "Pakş"a 0:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti