2 cavabsız... FOTOLAR

12 Yanvar 2020 09:00 Sabah 649
2 cavabsız... FOTOLAR

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” ilk yoxlama görüşündə qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Macarıstanın “Pakş” klubu ilə qarşılaşıb.

"Sabah" Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində baş tutan oyunda.2 cavabsız qolla məğlub olub. İlk hissədə hər iki komandanın fərqlənmək şansı olsa da, hesab açılmayıb – 0:0.

Fasilədə «Sabah»ın heyətində 4 dəyişiklik edilib. Rəşad Eyubov, Şakir Seyidov, Amadu Diallo və Filip İvanoviçin əvəzinə meydana Coşqun Diniyev, Kərim Diniyev, Cavid Tağıyev və Ozan Can Kökcü daxil olub.

İkinci hissədə də oyun eyni tempdə davam edib. 67-ci dəqiqəyə kimi matçda hesab açılmayıb. Görüşün 66-cı dəqiqəsində baş məşqçi Jelko Sopiç Cavid İmamverdiyev, Bəhlul Mustafazadə, Elçin Mustafayev və Mario Marinanı əvəzləyərək, əsas komandaya U-19-dan qoşulmuş gənc futbolçular - Neymət Musayev, Ceyhun Nuriyev və Abdulla Xaybullayevlə yanaşı, Məqsəd İsayevə şans verib.

Bundan təxminən 1 dəqiqə sonra macarlar hesabı açıb. İkinci hissənin qalan dəqiqələrində daha bir neçə gənc futbolçu şans qazanıblar. Arsen Ağcabəyov, Abbas Ağazadə və Rüstəm Samiqqulin müvafiq olaraq Emil Qasımov, Təmkin Xəlilzadə və Saşa Stamenkoviçin əvəzinə meydana daxil olublar.

Oyunun son dəqiqələrində daha bir dəfə fərqlənən “Pakş” matçdan 2:0 hesablı qələbəylə ayrılıb. ”Sabah” Türkiyə toplanışı çərçivəsində növbəti oyununu Rumıniyanın “Akademika Klinçeni” klubuna qarşı keçirəcək. Görüş yanvarın 15-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti