"Sabah" məğlubiyyətlə başladı

11 Yanvar 2020 20:40 Sabah 933
"Sabah" məğlubiyyətlə başladı

Antalyada təlim-məşq toplanışında olan "Sabah" bu gün ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi Macarıstanın "Pakş" klubu ilə qarşılaşıb. İlk hissəsi 0:0 başa çatan matçın ikinci yarısında (68 və 87-ci dəqiqələrdə) 2 qol buraxan Jelko Sopiçin komandası oyundan məğlub ayrılıb.

"Sabah" qardaş ölkədə ikinci oyununu 4 gün sonra Rumıniyanın "Akademika Klinkeni" klubuna qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti