“Sabah” Antalyada ilk sınaq matçının vaxtını açıqladı

11 Yanvar 2020 01:10 Sabah 735
“Sabah” Antalyada ilk sınaq matçının vaxtını açıqladı

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” yanvarın 11-də hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Pakş” klubu ilə qarşılaşacaq.

Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində baş tutacaq oyuna yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 18:30-da) start veriləcək.

Qarşılaşma “Sabah”ın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti