"Azərbaycanda hava çox soyuq idi, təkcə qar çatmırdı"

6 Yanvar 2020 20:59 Sabah 1 198
"Azərbaycanda hava çox soyuq idi, təkcə qar çatmırdı"

Qış fasiləsində "Sabah"ı Kolumbiyanın "Deportes Tolima" klubuna dəyişən Rocer Roxas növbəti dəfə ölkəmizdəki karyerasından danışıb.

Sportinfo.az xəbər verir ki, honduraslı hücumçu Azərbaycandakı hava şəraitinə uyğunlaşa bilmədiyini söyləyib:

"Azərbaycanda 5 ay yaşadım. Soyuq havada oynamaq çox çətin idi. Şaxtaya öyrəşməmişəm. Orada sadəcə, qar çatmırdı. Bu isə hər şeyi çətinləşdirirdi.

Əgər Tanrı məni Azərbaycandan bura gətirdisə, deməli, yeni hədəflər uğrunda mübarizə aparmalıyam. İnanıram ki, burada böyük işlər görəcəm".

Roxas "Sabah"a mövsümün əvvəlində Kosta-Rikanın "Alaxuelense" klubundan keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti