"Zədələnməyim “Sabah”da yaxşı çıxış etməyimin qarşısını aldı"

6 Yanvar 2020 10:30 Sabah 1 094
"Zədələnməyim “Sabah”da yaxşı çıxış etməyimin qarşısını aldı"

Sportinfo.az "Sabah"dan "Deportes Tolima"ya (Kolumbiya) keçən honduraslı hücumçu Rocer Roxasın müsahibəsini təqdim edir:

- “Sabah”a böyük ümidlərlə gəlsəz də, gözləntiləri verə bilmədiz. Bakı klubunda karyeranızın uğursuz alınmasını nə ilə izah edərdiz?
- Zədələnməyim çıxışıma böyük təsir etdi. Bu da məni pis vəziyyətdə qoydu. Oktyabr ayı ərzində bundan əziyyət çəkdim.

- Bəlkə komandadan tez ayrılmağınıza Azərbaycan Premyer Liqasına və ya ölkəmizə öyrəşə bilməməyiniz rol oynadı?
- Yeni gəldikdə bir neçə gün çətin olduğunu deyə bilərəm. Amma zədələndikdən sonra işlər daha da çətinləşdi. Çünki Bakıya yaxşı oyun ritmi ilə gəlmişdim. Zədələndikdən sonra isə işlərim yaxşı getmədi.

- Komandada tez-tez baş məşqçi dəyişikliyi də baş verirdi. Bu komandaya necə təsir göstərirdi?
- Hər məşqçinin öz oyun fəlsəfəsi olduğu üçün bu da təsirini göstərə bilərdi.

- Amma əsas heyətə də düşə bilmirdiz. Bunu nə ilə əlaqələndirərdiz?
- Bunları yalnız zədə ilə əlaqələndirirəm.

- Komandadan ayrıldıqdan sonra açıqlamalarınızla diqqət mərkəzinə düşdüz. "Sabah"ı və klubdakı atmosferi bəyənmədiyinizi qeyd etmisiz. Kiminləsə problem yaşamışdız, yoxsa sizə hansısa maneələr yaradılırdı?
- Xeyr, heç kimlə problemim yox idi.

- Amma ölkənizin mətbuatına heç də belə danışmamısız...
- Fikirim düzgün anlaşılmayıb. Bakıda havanın soyuq olması haqda danışmışam. Yəni hava temperaturunu nəzərdə tutmuşam. Amma insanlar məni başqa cür anlayıb. Halbuki mənim komandada heç kimlə problemim olmayıb, hər şey də yaxşı idi.

- Bəs “Sabah” sizi komandada saxlamaq üçün cəhd göstərmədi?
- Komandadan "get" deyən olmadı. Özüm onlara bildirdim ki, başqa ölkədə oynamaq variantım var. Onlar da məni anlayışla qarşıladılar və komandadan ayrıldım.

- Hansı şərtlərlə ayrıldız, bütün pulunuzu ala bildiz?
- Orada oynadığım müddətdəki pulumu ödədilər.

- Yelko Sopiç baş məşqçi gəldiyi ilk gündən legionerlrin demək olar ki, hamısından narazılıq edirdi. Sizcə, komandadakı əcnəbilərin səviyyəsi həqiqətən aşağı idi?
- Mən başqaları haqda danışa bilmərəm. Yalnız özümlə bağlı fikrimi deyəcəm. Zədələnməyim “Sabah”da yaxşı çıxış etməyimin qarşısını aldı.

- Mövsümün əvvəlində “Sabah”ın uğurlu çıxış edəcəyini gözləyənlər az deyildi. Amma indi komanda turnir cədvəlinin altıncı pilləsindədir və ölkə kubokundakı çıxışını da dayandırıb. Necə düşünürsüz, sabiq komandanız qışdan sonra uğurlu çıxış edə biləcək? Bununu üçün nə etməlidilər?
- “Sabah”ın yaxşı komanda olduğunu düşünürəm. Özü də yeni baş məşqçi gəlib. Yelko Sopiçlə “Sabah”ın daha da güclü olacağına inanıram. Ümid edirəm ki, çempionatın ikinci yarısında komanda Avropa Liqasına vəsiqə qazanan yerlərdə olar (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti