"Sabah" axtardığı müdafiəçini Xorvatiyada tapdı

5 Yanvar 2020 18:40 Sabah 1 277
"Sabah" axtardığı müdafiəçini Xorvatiyada tapdı

"Sabah" Mario Marinadan sonra heyətinə daha bir futbolçu qatmağa hazırlaşır. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Masazır təmsilçisi Xorvatiyadan müdafiəçi gətirir.

Hələlik adı gizli saxlanılan oyunçu ilə danışıqlar yekunlaşıb və 1,5 illik anlama əldə olunub. Yaxın günlərdə transferin açıqlanacağı gözlənilir.

Bu, "Sabah"ın qış fasiləsində Xorvatiya çempionatından heyətinə qatdığı futbolçu olacaq. Bakılılar bir müddət öncə Jelko Sopiçin həmyerlisi Mario Marinanı transfer edib. Dayaq yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi