"Azərbaycanda nə komanda xoşuma gəldi, nə də atmosfer"

4 Yanvar 2020 13:00 Sabah 2 370
"Azərbaycanda nə komanda xoşuma gəldi, nə də atmosfer"

Qış fasiləsində "Sabah"ı Kolumbiyanın "Deportes Tolima" klubuna dəyişən Rocer Roxas keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan honduraslı hücumçu Azərbaycandakı futbol mühitindən zövq almadığını söyləyib:

"Deportes Tolima"ya gəlmək planlarımda yox idi. Bunu Allahın hədiyyəsi kimi qəbul edirəm. Mövsümün ilk hissəsini Azərbaycanda keçirdim. Amma orada nə komanda, nə də atmosfer xoşuma gəldi. Ümumi vəziyyətdən narazı qaldım.

Qış fasiləsində "Deportes Tolima"dan təklif gəldi. Klub prezidenti ilə danışdıqdan sonra razılıq əldə olundu. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Döyüşkən futbolçuyam. Öz işimi yaxşı görmək üçün əlimdən gələni edəcəm. Həm komandam, həm də ailəm üçün bütün gücümü ortaya qoyacam".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu