"Sabah"ın göndərdiyi futbolçunun yeni klubu - RƏSMİ

3 Yanvar 2020 12:18 Sabah 1 051
"Sabah"ın göndərdiyi futbolçunun yeni klubu - RƏSMİ

Qış fasiləsində "Sabah"la yollarını ayıran Rocer Roxasın "Deportes Tolima"ya keçidi rəsmən açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun rəsmi "Twitter" səhifəsi məlumat yayıb: "Xoş gəldiz, Rocer. Siz bizim komandada vuracağınız qolları qeyd etmək üçün buradasız. Vuruşun, çalışın və xəyal edin!".

29 yaşlı forvardla rəsmi müqavilə imzalansa da, detallar açıqlanmayıb.

Cari mövsümün əvvəlində Kosta-Rikanın "Alaxuelense" klubundan "Sabah"a keçən Roxas Premyer Liqada qol hesabını aça bilməyib. O, yalnız ölkə kubokunun 1/8 final mərhələsində birinci divizion təmsilçisi "Ağsu" ilə matçda dubl edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"