Bəhlul Avropanın tanınmış klubuna gedəcəkmi?

3 Yanvar 2020 09:15 Sabah 1 753
Bəhlul Avropanın tanınmış klubuna gedəcəkmi?

Sportinfo.az xəbər verir ki, “Seltik” qış transfer pəncərəsi zamanı heyətinə 4 yeni oyunçu cəlb etmək niyyətindədir.

Şotlandiyanın “The Scotsman” nəşri yazıb ki, klubun bu futbolçular sırasında əsas hədəfi mərkəz müdafiəçisi almaqdır. Bildirilir ki, bu mövqeyə əsas namizəd Malinin gənclərdən ibarət millisinin və PSJ-nin 19 yaşlı futbolçusu Mussa Sissokodur.

Bundan başqa, Şotlandiya mətbuatı növbəti dəfə namizədlər sırasında Azərbaycan millisinin və “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadənin adını qeyd edib.

Eləcə də Carrad Brantueyt (“Karlayl Yunayted”), Edson Alvares (“Klub Amerika”) və Fabritsio Brunonun (“Kruzeyro) adları namizədlər sırasında yer alıb.

Mussa Sissakonun PSJ ilə 2021-ci ilin yayına qədər müqaviləsi olsa da, o, baş məşqçi Tomas Tuhellin planlarına daxil deyil. Buna görə də Şotlandiyada güman edirlər ki, “Seltik” artıq bu qış fasiləsi zamanı Mussanı ya birdəfəlik, ya da icarə qaydasında transfer edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"