“Geri qayıtmaq istəmirəm, ölkə xaricinə gedəcəm"

1 Yanvar 2020 16:00 Sabah 1 539
“Geri qayıtmaq istəmirəm, ölkə xaricinə gedəcəm"

Bugünlərdə “Sabah”dan ayrılan Hendrik Ekşteyn gələcək karyerasıyla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi vətəni Cənubi Afrikaya qayıtmaq istəmədiyini deyib:

“Gedəcəyim klubun adını açıqlamayacam. Menecerim bunun üzərində çalışır. Ancaq bu, yerli klub olmayacaq. Bu dəfə də ölkə xaricinə gedəcəm.

Cənubi Afrikadan – ölkəmdən də təklif var. Ancaq dürüst olmaq lazımdırsa, geri qayıtmaq istəmirəm”.

Ekşteyn 2019-cu ilin yayında “Sabah”a tansfer olunmuşdu. Cənubi afrikalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında 13 oyunda 3 qol vurmuşdu. “Sabah” dekabrın 23-də Ekşteynlə yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti