"Təəssüf ki, vidalaşıram"

1 Yanvar 2020 13:15 Sabah 866
"Təəssüf ki, vidalaşıram"

"Qoritsa"nın yarımmüdafiəçisi Mario Marinanın "Sabah"a transferinin təfərrüatları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi bu keçid müqabilində qarşı tərəfə təzminat ödəyib. Marina "Sabah"la 1,5 illik müqavilə imzalayıb,

"Qoritsa" rəhbərliyi əslində onu satmaq fikrində olmayıb. Hadisələr cəmi iki gündə baş verib. 30 yaşlı orta sahə oyunçusu dekabrın 27-də özü rəhbərliklə görüşərək, "Sabah"dan sərfəli təklif aldığını və Azərbaycana yollanmaq istədiyini bilirib.

Xorvatlar isə yalnız 100 min avroluq təzminat qarşılığında onun müqaviləsinə xitam veriləcəyini çatdırıb. Ertəsi gün "Sabah" qarşı tərəfin istəyini müsbət cavablandırıb və transfer reallaşıb.

Marina da iki il yarım formasını geyindiyi "Qoritsa"ya uğurlar arzulayıb: “Təəssüf ki, vidalaşıram. Həyatımda və karyeramda yeni səhifə açmağın vaxtı gəldi. "Qoritsa"da gözəl vaxt keçirdim, ən yüksək nəticələr qazandım. Ümid edirəm ki, klub bu istiqamətdə davam edəcək".

Digər Xəbərlər
Xəbər Lenti