"Sabah"ın 100 minlik Marinası - FOTO

29 Dekabr 2019 17:10 Sabah 1 120
"Sabah"ın 100 minlik Marinası - FOTO

"Sabah"ın Mario Marina üçün "Qoritsa" klubuna ödədiyi təzminatın məbləği məlum olub. Sportinfo.az xəbər verir ki, keçmiş komandası ilə gələn ilin mayına qədər müqaviləsi olan 30 yaşlı yarımmüdafiəçinin keçidi Masazır təmsilçisinə 100 min avroya başa gəlib.

Bu barədə Xorvatiya klubunun idman direktoru Mindauqas Nikoliçyus məlumat verib: "Marinanın 30 yaşı var. Bu, onun ölkə xaricində daha ciddi pullar qazanması üçün son şansı idi. Ona mane olmaq istəmədik. Amma biz də öz planımızı tamamladıq və keçidə görə pul qazandıq".

Qeyd edək ki, "Sabah" Bosniya və Herseqovina vətəndaşlığı da olan Mario ilə 1,5 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti