"Hər tərəfdən məni təhqir edirdilər" - "Sabah"ın yeni transferi

29 Dekabr 2019 13:56 Sabah 2 092
"Hər tərəfdən məni təhqir edirdilər" -

"Sabah"ın Xorvatiyanın "Qoritsa" klubundan heyətinə qatdığı Mario Marina sabiq komandası ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı dayaq yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında karyerasında yeni səhifə açdığını bildirib:

"Təəssüf ki, vida vaxtı çatdı. Həyatımda və karyeramda yeni səhifə açıram. "Qoritsa"da əla vaxt keçirdim. Ümid edirəm ki, qazandığımız uğurlar məndən sonra da davam edəcək. Klub prezidentindən tutmuş süpürgəçiyə kimi - hamıya təşəkkürümü bildirirəm".

Xorvatiya mətbuatı yazır ki, Marina adi həyatda sakit, normal, gülərüz oğlandır. Meydanda isə əsl döyüşçüdür. Son mövsümdə 16 sarı vərəqə görən xorvatiyalı futbolçu ən intizamsız oyunçu kimi çempionatın tarixinə düşüb. İntizamsızlığı haqda da danışan Mario bu xasiyyətini tərgidə bilmədiyini söyləyib:

"Hə, mən bu mənada çempionatın ikonası oldum. Bu haqda mümkün qədər az düşünməyə çalışıram. Vərəqələrim çox olur və bunu dəyişə bilmərəm. Nə varsa, odur. Mətbuat bu barədə yazmağa başlayanda insanlar hər tərəfdən məni təhqir edirdi. Amma burada pis heç nə yoxdur. Onlar xoşniyyətlidirlər".

Digər Xəbərlər
Xəbər Lenti