"Sabah" heyətini xorvat yarımmüdafiəçi ilə gücləndirdi

29 Dekabr 2019 12:13 Sabah 881
"Sabah" heyətini xorvat yarımmüdafiəçi ilə gücləndirdi

“Sabah” heyətini xorvatiyalı futbolçu ilə gücləndirib.

Sportinfo.az Premyer Liqa təmsilçisi “Qoritsa”nın yarımmüdafiəçisi Mario Marinanı heyətə qatıb.

Bu barədə məlumatı Xorvatiya klubunun rəsmi saytı yayıb. 30 yaşlı futbolçunun komanda ilə vidalaşdığı və karyerasını Azərbaycanda – “Sabah”da davam etdirəcəyi bildirilir. Marinanın “Sabah”la anlaşmasının detalları açıqlanmayıb.

Yarımmüdafiəçi son mövsümdə Xorvatiya çempionatında 13 oyuna çıxıb. Karyerası ərzində Xorvatiyanın “Zaqora”, “Dinara Knin”, “Sibenik”, Bosniya və Herseqovinanın “Şiroki Brieq” kimi klublarında forma geyinən Marina 2017-ci ildən “Qoritsa”nun uğurları üçün çalışıb.

Onun transfer qiyməti 300 min avro civarında dəyərləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!