Azərbaycandan ayrılmaqla afrikalıları şoka saldı

28 Dekabr 2019 11:00 Sabah 928
Azərbaycandan ayrılmaqla afrikalıları şoka saldı

Cənubi Afrika mətbuatı "Sabah"dan ayrılan Hendrik Ekşteyn haqqında yazı dərc edib.

Sportinfo.az xəbər verir ki, afrikalı həmkarlarımız 28 yaşlı futbolçunun Azərbaycandan gedişini gözlənilməz hesab edirlər.

“Hendrikin "Sabah"dan ayrılması bizi şoka saldı, çünki o, Azərbaycanda futboldan həzz alırdı. Komandasının əsas oyunçularından idi. Özünü yaxşı tərəfdən göstərə bilmiş və azarkeşlərin sevimlisinə çevrilmişdi. Bir çox klub Ekşteynin oyununu izləyirdi, ona təkliflər irəli sürənlər az deyil. Heç olmasa, mövsümün sonuna qədər Bakıda qalacağını fikirləşirdik. Ancaq Hendrik başqa qərar verdi".

Qeyd edək ki, Ekşteyn "Sabah"la yollarını qarşılıq razılıq əsasında ayırıb. Cənubi afrikalı Masazır təmsilçisində bu ilin yayından çıxış edirdi. Cari mövsüm 16 oyun keçirib, 3 qol vurub (13 Premyer Liqa, 3 ölkə kuboku oyun).

Digər Xəbərlər
Xəbər Lenti