"Sabah"ın Antalyadakı növbəti rəqibi bilindi

27 Dekabr 2019 11:15 Sabah 955
"Sabah"ın Antalyadakı növbəti rəqibi bilindi

“Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı üçüncü rəqib də müəyyənləşib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda növbəti yoxlama oyununda Qazaxıstan təmsilçisi "Kaysar"la üz-üzə gələcək. Görüş yanvarın 19-da baş tutacaq.

Qeyd edək ki, Türkiyədə ümumilik 4 yoldaşlıq oyununda qüvvəsini sınayacaq Masazır təmsilçisi ilk oyununu yanvarın 11-də Macarıstanın “Pakş” komandasına, ikinci görüşünü isə 4 gün sonra Rumıniyanın “Akademika Klinkeni” klubuna qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti