250 min dollar millimizin hücumçusunu razı saldı

27 Dekabr 2019 13:34 Sabah 2 955
250 min dollar millimizin hücumçusunu razı saldı

Yayda "Dinamo" ilə birillik müqavilə bağlayan Ramil Şeydayevin Moskvada keçirdiyi günlər başa çatmaq üzrədir.

Daim ehtiyatda qaldığı klubla müqaviləsini pozmaq qərarına gələn millimizin hücumçusu, öncədən xəbər verdiyimiz kimi, "Krılya Sovetov"a qayıtmağa razılaşıb.

2018-ci ilin iyununda ayrıldığı "Qarabağ"ı Samara təmsilçisinə dəyişən forvard köhnə-yeni klubu ilə 1,5 illik müqavilə imzalayacaq.

Sportinfo.az-ın məlumatına görə, Şeydayev "Krılya" ilə 300 min dollara anlaşıb. Bu məbləğin 50 mini cari mövsümün sonunadək olan müddəti əhatə edir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM