"Sabah" bu futbolçunu da komandadan göndərdi - RƏSMİ

26 Dekabr 2019 14:08 Sabah 876
"Sabah" bu futbolçunu da komandadan göndərdi - RƏSMİ

Qış fasiləsinə autsayder yollanan Hendrik Ekşteynin ardından daha bir futbolçunu komandadan göndərib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi hücumçu Rocer Roxasla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Yayda Kosta-Rika klubu “Alaxuelense” klubundan transfer edilən honduraslı forvardın "Sabah"la anlaşması mövsümün sonuna qədər idi. 29 yaşlı futbolçu “Sabah”da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!