"Sabah"ın baş məşqçisi Diniyev qardaşlarına da "qapını göstərdi"

26 Dekabr 2019 12:44 Sabah 1 528
"Sabah"ın baş məşqçisi Diniyev qardaşlarına da "qapını göstərdi"

Xəbər verdiyimiz kimi, Hendrik Ekşteynlə yollarını qarşılıqlı razılıq əsasında ayıran "Sabah" Rocer Roxasla da vidalaşıb. Honduraslı hücumçu karyerasını "Deportes Tolimo" komandasında davam etdirəcək. Masazır təmsilçisi hələlik bu barədə rəsmi açıqlama verməsə də, Kolumbiya klubunun prezidenti Qabriel Kamarqo yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib.

Sportinfo.az-ın əldə etdiyi xəbərə görə, Jelko Sopiç Ekşteyn və Roxasdan sonra sərəncamında görmək istəmədiyi daha iki futbolçunun adını rəhbərliyə təqdim edib. Xorvatiyalı mütəxəssis Coşqun və Kərim Diniyev qardaşlarının göndərilməsini istəyir. 45 yaşlı çalışdırıcı AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin övladlarının "Sabah"a xeyir verməyəcəyini qətiləşdirib.

Sopiç Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə oyunlarından sonra qardaşların "üzərindən xətt çəkib".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!