Azərbaycan klubunun büdcəsi bir qədər də azaldıldı

25 Dekabr 2019 23:20 Sabah 1 345
Azərbaycan klubunun büdcəsi bir qədər də azaldıldı

"Səbail" mövsümün ikinci hissəsi ilə bağlı planlarını korrektə edib.

Sportinfo.az-ın məlumatına görə, klubun prezidenti səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayev cari məsələlərə həsr olunmüş müşavirə keçirib.

O bildirib ki, yeni ildən sonra büdcə artmayacaq, əksinə, qənaət sisteminə keçmək lazım gələcək. Abdullayev aylıq ödəməsi 5000 manatı keçən bütün futbolçuların yola salınmasına dair göstəriş verib.

Rəhbər şəxs elan edib ki, komandadan ayrılacaq oyunçuların yerini gənclərlə, xüsusən əvəzedici heyətdə forma geyinənlərlə doldurmaq lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti