"Sabah"ın ikinci rəqibi də bilindi

24 Dekabr 2019 17:07 Sabah 667
"Sabah"ın ikinci rəqibi də bilindi

Yanvarın 8-dən 22-dək Türkiyənin Antalya bölgəsində hazırlıq keçəcək "Sabah"ın qış təlim-məşq toplanışında qarşılaşacağı daha bir rəqibi müəyyənləşib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda toplanış çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununda Rumıniyanın “Akademika Klinkeni” komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 15-də baş tutacaq.

Qardaş ölkədə 4 yoldaşlıq oyununda qüvvəsini sınayacaq Masazır təmsilçisi ilk oyununu yanvarın 11-də Macarıstanın “Pakş” komandasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti