"Sabah" Hendrik Ekşteynlə yolları ayırdı - RƏSMİ

23 Dekabr 2019 09:55 Sabah 772
"Sabah" Hendrik Ekşteynlə yolları ayırdı - RƏSMİ

Qış fasiləsinə 6-cı pillədə yollanan "Sabah" heyətində "təmizləmə işləri"nə başlayıb.

Sportinfo.az xəbər verir ki, Jelko Sopiçin komandasında ilk ayrılıq rəsmiləşib.

28 yaşlı cənubi afrikalı yarımmüdafiəçi Hendrik Ekşteynlə yollar qarşılıqlı razılıq əsasında ayrılıb. "Sabah"a bu yay "Kayzer Çifs"dən keçən Hendrik Ekşteynin müqavilə müddəti 2021-ci ilin yayına qədər idi.

Digər Xəbərlər
Xəbər Lenti