"Qəbələ"nin legioneri 3 klubun arasında qalıb

22 Dekabr 2019 18:09 Sabah 1 726
"Qəbələ"nin legioneri 3 klubun arasında qalıb

"Qəbələ"nin yeni müqavilə təklifini qəbul etməyən və "Zirə" ilə danışıq aparan İbrahima Niassenin qəsəbə təmsilçisinə keçidi baş tutmayıb.

Sportinfo.az-ın məlumatına görə, buna səbəb seneqallı futbolçunun tələb etdiyi məbləğdir. 31 yaşlı oyunçunun "Zirə"dən ayda 15 min dollar maaş istəməsi danışıqların dayandırılması ilə nəticələnib.

Əldə etdiyimiz digər xəbərə görə, Niasse "Sabah"dan da təklif alıb. Təcrübəli futbolçu hazırda Mazasır təmsilçisi ilə maliyyə şərtlərini müzakirə edir.

Məlumat üçün deyək ki, "Zirə" ilə 1,5 illik müqavilə bağlayan Davit Volkov da əvvəlcə "Sabah"la görüşüb. Ancaq gürcü forvard sonda seçimini "qartallar"ın xeyirinə edib.

Digər Xəbərlər
Xəbər Lenti