"O qədər futbolçunun göndərilməsi boş söhbətdir" - "Sabah"dan açıqlama

21 Dekabr 2019 21:30 Sabah 1 056
"O qədər futbolçunun göndərilməsi boş söhbətdir" -

Mətbuatda "Sabah"ın heyətində ciddi dəyişikliklər olacağı, qışda komanda böyük ölçüdə yenilənəcəyi ilə bağlı xəbərlər dolaşır. Yazılanlara inansaq, yeni baş məşqçi Jelko Sopiç əksər futbolçulardan narazıdır və fasilədə 10-a yaxın futbolçunun komandadan göndəriləcəyi gözlənilir.

İddiaya görə, legionerlərdən Rocer Roxas, Ulisse Diallo, Amadu Diallo, Hendrik Ekşteyn, Filip İvanoviç, Dmitri Bezruk yola salınacaq. Mövsümün ilk yarısını zədə səbəbindən buraxan Kevin Kubembanın məsələsi hələ dəqiqləşməyib. Yerlilərdən isə getməyə ilk namizəd Kərim Diniyevdir. Ruslan Abışovun yoxluğunda müdafiənin mərkəzində özünə yer edən futbolçunu Sopiç heç ehtiyat skamyada da görmək istəmir.

Məsələylə bağlı "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Klub rəsmisi Sportinfo.az-a açıqlamasında bu qədər futbolçunun göndərilməsinin gündəmdə olmadığını bildirib:

"Heyətdə olan futbolçuların müqavilələri ən tez gələn ilin yayında başa çatacaq. Təqribən 10 oyunçunun göndərilməsi boş söhbətdir. Kimlərləsə yollar ayrıla bilər, amma qədər oyunçunun getməsi gözlənilmir. Ümumiyyətlə, qış fasiləsində kiminsə gedib-getməmək məsələsi klub rəhbərliyi ilə baş məşqçi arasındakı söhbətdən sonra müəyyənləşəcək. Bu barədə rəsmi məlumat veriləcək".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!