"Sabah"ın Antalyadakı ilk rəqibi bilindi

20 Dekabr 2019 15:20 Sabah 602
"Sabah"ın Antalyadakı ilk rəqibi bilindi

"Sabah"ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ilk rəqib müəyyənləşib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda toplanış çərçivəsində keçirəcəyi ilk yoxlama oyununda Macarıstanın “Pakş” komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 11-də baş tutacaq.

Xatırladaq ki, “Sabah” Türkiyənin Antalya vilayətinin Belek bölgəsində keçirəcəyi təlim-məşq toplanışında 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!