"Qəbələ" can vermir, narahat olmayın! - FOTOREPORTAJ

20 Dekabr 2019 00:38 Sabah 1 075
"Qəbələ" can vermir, narahat olmayın! - FOTOREPORTAJ

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Sportinfo.az xəbər verir ki, “Qəbələ” səfərdə “Sabah”la qarşılaşıb. Dörd gün öncə evdə keçirilən qarşılaşmada 3:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” paytaxtdakı görüşə də iddialı çıxıblar.

Düzdür, meydan sahibləri topa daha çox nəzarət etsələr də, təhlükəli vəziyyətləri “Qəbələ” yaradıb. Rəqib qapısını dəfələrlə nişan alan komandamız ilk yarının ortalarında hesabı da açıb. Davit Volkov iki dəqiqəyə iki qol vuraraq cütün taleyi ilə bağlı şübhələrə aydınlıq gətirib. Buraxılan qollardan sonra meydan sahibləri fəallaşmağa cəhd etsələr də, “qırmızı-qaralar”ın sürətli hücumları daha yaddaqalan olub. Hesab fasilədən sonra dəyişib. Öncə bakılılar fərqi minimuma endiriblər. Bu qoldan üç dəqiqə sonra Klesio Bauk “Sabah”ın qapısına yol tapıb. Bu, mozambiklinin kubokda 3-cü qolu olub. Paytaxt təmsilçisi daha bir qol vursa da, komandamız qələbə hesabını qoruyub saxlaya bilib.

Beləliklə, “Qəbələ” 2019-cu ildəki son oyununda 3:2 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti