Jelko SOPİÇ: "Biz oyunu Qəbələdə uduzmuşduq"

19 Dekabr 2019 20:26 Sabah 884
Jelko SOPİÇ: "Biz oyunu Qəbələdə uduzmuşduq"

"Sabah" "Qəbələ"yə Azərbaycan kubokunun 1/4 finalının cavab görüşündə də məğlub olaraq mübarizəni dayandırdı.

Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jelko Sopiç ilk öncə 1:3 hesablı məğlubiyyəti şərh edib.

Rəqibi mərhələ keçməsi münasibəti ilə təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər. Mən oyunçularıma pis heç nə deyə bilmərəm. Onlar hər şeyi etdilər. Biz oyunu Qəbələdə uduzmuşduq. İlk hissədə 2 dəfə hücuma etdilər və qol vurdular. Oyunçularımı bu gün meydanda bütün güclərini sərf etdikləri üçün təbrik edirəm.

Xorvat məşqçinin "Hendrik Ekşteynin “Sabah”dakı gələcəyi var, yoxsa bu gün bitdi artıq?" sualına cavabı belə olub: "Ekşteyn və ya digər futbolçularla problemim yoxdur. Bura gəlməzdən əvvəl və gördükdən sonra prezidentlə, menecerlə danışmışam. Hər kəs özünü məşqdə göstərməlidir. Qışdan sonra necə olacağını görəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!