"Sabah" Antalyada 4 yoxlama oyunu keçirəcək - Tarixlər bilinir

18 Dekabr 2019 18:32 Sabah 1 165
"Sabah" Antalyada 4 yoxlama oyunu keçirəcək - Tarixlər bilinir

"Sabah"ın qış hazırlıq planı bəlli olub. Klubun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, yanvarın 8-dən 22-dək Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq.

Belekdəki “Titanic Hotel”də məskunlaşacaq Masazır təmsilçisi qardaş ölkədə 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Matçların tarixləri (yanvarın 11, 15, 19 və 20-də) bilinsə də, rəqiblər hələ dəqiqləşməyib.

Premyer Liqada çıxış edən digər 7 komanda da yanvarda Antalyada toplanışda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti