"Sabah"ın forvardı heç yerə getmir - "Tamamilə yalandır"

16 Dekabr 2019 17:58 Sabah 616
"Sabah"ın forvardı heç yerə getmir -

"Sabah"ın hücumçusu Rocer Roxas komandadan ayrılacağı ilə bağlı yayılan iddiaya münasibət bildirib.

Sportinfo.az-a danışan honduraslı futbolçu Kolumbiya mətbuatında bu ölkənin "Deportes Tolima" klubuna keçəyi haqda çıxan xəbəri təkzib edib. O bildirib ki, "Sabah"la mövsümün sonuna qədər müqaviləsi var:

"Bu, tamamilə yalan məlumatdır. Mənim "Sabah"la 2020-ci ilin mayına qədər müqaviləm var. Komandadakı vəziyyətimlə bağlı baş məşqçi ilə danışmamışam. İndiki məqamda sizə ancaq bu informasiyanı verə bilərəm".

Qeyd edək ki, Roxasın "Deportes Tolima"ya keçəcəyini kolumbiyalı jurnalist Julian Kapera sosial şəbəkələrdən birində yazıb.

Digər Xəbərlər
Xəbər Lenti