"Sabah" honduraslı hücumçudan canını qurtarır

16 Dekabr 2019 13:26 Sabah 708
"Sabah" honduraslı hücumçudan canını qurtarır

"Sabah"ın hücumçusu Rocer Roxas qış fasiləsində komandadan ayrıla bilər. Sportinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdən birində məlumat yayılıb.

Kolumbiyalı jurnalist Julian Kaperanın yazdığına görə, 29 yaşlı futbolçu "Deportes Tolima" klubuna keçəcək. Honduraslı forvardla 1 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, mövsümün əvvəlində Kosta-Rikanın "Alaxuelense" klubundan "Sabah"a keçən Roxas Premyer Liqada qol hesabını aça bilməyib. O, yalnız ölkə kubokunun 1/8 final mərhələsində birinci divizion təmsilçisi "Ağsu" ilə matçda dubl edib.

Digər Xəbərlər
Xəbər Lenti