“Sabah” “Audi Cup”da çıxışını necə başa vurdu?

16 Dekabr 2019 09:51 Sabah 633
“Sabah” “Audi Cup”da çıxışını necə başa vurdu?

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Audi Cup”da iştirak edən “Sabah”ın U-14 komandası turnirdəki çıxışını başa vurub.

Sportinfo.az xəbər verir ki, sözügedən kollektiv turnir çərçivəsində keçirdiyi son oyunda - 3-cü yer uğrunda matçda yerli “Saburtalo”yla qarşılaşıb.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsilə başa çatıb. “Sabah”ın yeganə qoluna Niyazi Osmanov imza atıb. “Audi Cup”ın qalibi İspaniyanın “Levante” klubunu oyunsonrası penaltilər seriyasında məğlub edən İtaliya “Verona”sı olub (1:1, penaltilərlə 4:2).

Digər Xəbərlər
Xəbər Lenti